Bakıda top dalınca düşən qızı maşın vurub öldürdü - HADİSƏ ANI
24 noyabr 2026 12:34 (UTC +04:00)

Bakıda top dalınca düşən qızı maşın vurub öldürdü - HADİSƏ ANI

0

Bakıda avtomobil azyaşlını vuraraq öldürüb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hadisə noyabrın 22-si saat 13 radələrində, Lökbatan qəsəbəsi ərazisində baş verib. Yaşayış zonalarından birində, 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirdi.

Yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açdı.

Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonlarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür.

Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları  yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar