Bu pəhriz dörd ayda qaraciyər yağını 67 faiz azaldıb – ARAŞDIRMA
24 noyabr 2026 02:34 (UTC +04:00)

Bu pəhriz dörd ayda qaraciyər yağını 67 faiz azaldıb – ARAŞDIRMA

0

 

Alimlər ketogen pəhrizin qaraciyərdə yağ yığılmasının azalmasına və prediabet göstəricilərinin yaxşılaşmasına kömək edə biləcəyini müəyyənləşdiriblər.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” “Cell Metabolism” jurnalında dərc edilmiş klinik tədqiqata istinadən məlumat yayıb.

Tədqiqatda azkarbohidratlı ketogen pəhriz, Aralıq dənizi pəhrizi və azyağlı qidalanma rejimlərinin nəticələri müqayisə olunub. Hər üç qrupda çəki itkisi müşahidə edilsə də, qaraciyər yağının azalması ketogen pəhriz qrupunda daha yüksək olub.

Dörd-beş aylıq müşahidədən sonra ketogen pəhrizə əməl edən iştirakçıların qaraciyərində yağ miqdarı orta hesabla 67 faiz azalıb. Prediabeti olan iştirakçıların təxminən yarısı isə sınaq müddətinin sonunda həmin diaqnostik meyarlara artıq uyğun gəlməyib.

Mütəxəssislər nəticələrin ümidverici olduğunu bildirsələr də, ketogen pəhrizin hər kəs üçün uyğun olmadığını vurğulayırlar. Xüsusilə diabet, böyrək və qaraciyər xəstəlikləri olan şəxslər qidalanma rejimini həkim məsləhəti olmadan kəskin dəyişməməlidirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar