Qazaxda 63 yaşlı kişi Kür çayında  batdı - YENİLƏNİB
23 noyabr 2026 12:59 (UTC +04:00)

Qazaxda 63 yaşlı kişi Kür çayında batdı - YENİLƏNİB

0

Noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batığı ehtimal olunan 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun və Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Muradov Xəyal Hidayət oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda vətədaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlərdə davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

22:18

Qazax sakini Kür çayında batıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Birinci Şıxlı kənd sakini 1963-cü il təvəllüdlü Y. Məmmədov kür çayında batıb.

Dərhal hadisə yerinə FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axarış qrupunun xilasediciləri cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir və əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1576

Oxşar yazılar