Paytaxtda ilk dəfə quraşdırılacaq avtobus svetoforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, yeni svetoforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bu foto-məlumat vasitəsilə avtobus sürücüləri yeni svetoforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər.



