Toyda 20 çeşid yemək  verilməsi vəhşilikdir? -VİDEO
24 noyabr 2026 09:26 (UTC +04:00)

Toyda 20 çeşid yemək verilməsi vəhşilikdir? -VİDEO

0

APA TV-nin efirində yayımlanan “Söz qaytaran” verilişi yenidən maraqlı mövzularla izləyicilərinin görüşünə gəlib.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, verilişdə qadın geyimində Dubaya gedən üç kişinin həbs olunması ironik şəkildə şərh edilib.

İzləyicilərin diqqətini çəkən digər mövzu isə toy məclislərində 20 çeşid yeməyin təqdim olunması ilə bağlı olub.

Millət vəkili Fazil Mustafa toylarda bu qədər yeməyin verilməsini vəhşilik adlandırıb.

Verilişdə bildirilib ki, insan 20 çeşid yeməyin hər birinin dadına baxsa belə, onları tam yeyib bitirə bilməz. Bu isə böyük miqdarda qidanın israf olunmasına gətirib çıxarır.

Məsələyə dini və hüquqi aspektlərdən də toxunulub. Deputat toylarda qida israfının qarşısının alınması üçün məsələnin rəsmi nəzarətə götürülməsini təklif edib.

Lent.az verilişin sözügedən buraxılışını təqdim edir:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar