Goranboyda torpaq sürüşməsi 1100 abonenti  susuz qoydu - FOTO
24 noyabr 2026 09:26 (UTC +04:00)

Goranboyda torpaq sürüşməsi 1100 abonenti susuz qoydu - FOTO

0

Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, sürüşmə nəticəsində kənd ərazisindən keçən diametri 219 mm olan magistral su borusu zədələnib. Nəticədə 1 100 abonentin içməli su təchizatı müvəqqəti dayandırılıb.

Hadisə ilə əlaqədar əraziyə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qurumun əməkdaşları tərəfindən qəza operativ şəkildə aradan qaldırılıb və abonentlərin içməli su təchizatı bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar