Cəlilabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə noyabrın 21-də qeydə alınıb.
Kərimov Pərviz Saleh oğlu idarə etdiyi “Ford Transit Tourneo Yük” markalı avtomobillə yolu keçmək istəyən 70 yaşlı Əmənov Nadir Xanhüseyn oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 23-də orada ölüb.
Faktla bağlı cinayət işi açılıb.