Son günlər Gürcüstandan 83 əcnəbi deportasiya edilib.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən keçirilən kompleks tədbirlər nəticəsində Pakistan, Özbəkistan, Türkmənistan, Hindistan, İordaniya, Misir, Livan, Nigeriya, Uqanda, Azərbaycan, Türkiyə, Rusiya, Yəmən, Liviya, Çin, Cənubi Afrika Respublikası, Ermənistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub.
Qeyd edək ki, cari il ərzində Gürcüstandan 3800-dən çox əcnəbi deportasiya edilib.