Kobra Murat oğluna  qız istəməyə   getdi: Gələcək gəlininə  "Mənim şahzadəm"   dedi
24 noyabr 2026 13:18 (UTC +04:00)

Kobra Murat oğluna qız istəməyə getdi: Gələcək gəlininə "Mənim şahzadəm" dedi

0

Türkiyəli məşhur müğənni Kobra Murad oğluna elçiliyə gedib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni oğlu Yiğithan Divandilerin Melisa Karaboyacı ilə ailə qurmağa hazırlaşdığını açıqlayıb.

Sənətçi elçilik mərasimindən görüntüləri "Instagram" hesabında izləyiciləri ilə bölüşüb.

Əlində qapı döyəci ilə gəlin evinə gələn müğənninin sevincli anları diqqət çəkib. Oğluna “Paşa oğlum”, gələcək gəlininə isə “Şahzadə gəlinim” deyə müraciət edən sənətçi sevincini uzun bir paylaşım vasitəsilə ifadə edib.

Gənc cütlüyə bir ömür boyu xoşbəxtlik arzulayan Kobra Murad ürək sözlərini də dilə gətirib:

“Hər kəsin övladı sevdiyi insanla ömrünü paylaşsın, xoşbəxt olsun”.

Müğənni oğluna və gələcək gəlininə sağlamlıq, hüzur və xoşbəxtlik arzulayıb, onların bədnəzərdən qorunması üçün dua edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar