İranda son 48 saat ərzində saxta spirtli içki qəbul edən azı 8 nəfər ölüb, 164 nəfər zəhərlənib.
Lent.az İran mediasına istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən dördünün reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Bir nəfərin isə beyin ölümü baş verib.
Spirtli içki istehlakının qadağan olunduğu İranda qeyri-qanuni içki istehsalı ciddi sağlamlıq problemlərinə səbəb olur.
Bildirilib ki, qanunsuz içki istehsalında bəzən etil spirti əvəzinə daha ucuz olan metil spirtindən istifadə edilir. Bu maddə ağır zəhərlənməyə, daimi görmə itkisinə və ölümə səbəb ola bilər.