Ana qəzada öldü, oğlu intihar etdi
24 noyabr 2026 16:12 (UTC +04:00)

Ana qəzada öldü, oğlu intihar etdi

0

Qazaxıstanın Aktöbe vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qulaq-burun-boğaz həkimi ölüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, qəza noyabrın 23-də Kandıağaş–Şalkar avtomobil yolunda, Jurun qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, “Renault” markalı avtomobili idarə edən qadın sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində ölüb. Faktla bağlı məhkəməyədək istintaq başlanılıb. Ölən şəxsin Muğaljar rayon xəstəxanasının qulaq-burun-boğaz həkimi Nazgül Kanturenova olduğu müəyyənləşib. Vilayətin Səhiyyə İdarəsindən bildirilib ki, qadın noyabrın 9-dan əmək məzuniyyətində olub.

Qeyd olunur ki, hadisədən sonra qadının oğlu Rəsul Baktıbay özünü öldürüb. Həkimlə birlikdə oğlunun da dəfn ediləcəyi barədə məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar