Azərbaycan yeməkləri  verən restoran 265 milyona  satışa qoyuldu
10 noyabr 2026 10:00 (UTC +04:00)

Azərbaycan yeməkləri verən restoran 265 milyona satışa qoyuldu

0

Rusiyanın Kurqan şəhərində yerləşən “Versal” restoran-hotel kompleksi satışa çıxarılıb.

Lent.az xəbər verir ki, obyektin sahibi hazır biznesi 265 milyon rubla (təxminən 5 milyon 596 min 270 manat) satmaq istəyir.

Məlumata görə, kompleks Kurqan şəhərinin Qoqol küçəsi, 98a ünvanında yerləşir. Dördmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdir.

2019-cu ildən fəaliyyət göstərən kompleksə 30 hotel nömrəsi, restoran və qapalı avtomobil dayanacağı daxildir.

Restoranda Avropa və Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar