Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”
10 noyabr 2026 05:24 (UTC +04:00)

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

0

 

Türkiyəli aktrisa Özge Borak şəxsi həyatında keçirdiyi dəyişikliklərdən və keçmiş münasibətlərindən danışıb. O, əvvəlki illərdə öz ehtiyaclarını arxa plana keçirdiyini etiraf edib.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Hazırda “Kızılcık Şerbeti” serialında Salkım Ünal obrazını canlandıran aktrisa qatıldığı proqramda Bülent Şakrakla evli olduğu dövrdə emosional baxımdan çətinliklər yaşadığını bildirib.

Borak həmin vaxt qəzəbini açıq şəkildə ifadə etmədiyini, lakin daxilində bu hissi uzun müddət daşıdığını söyləyib. Onun sözlərinə görə, zaman keçdikcə şəxsi sərhədlərini müəyyənləşdirməyi və hisslərini düzgün ifadə etməyi öyrənib.

Aktrisa hazırda psixologiya üzrə təhsil aldığını da açıqlayıb. O, gələcəkdə klinik psixologiya sahəsində magistr təhsili almağı planlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar