Yaponiyanın Baş naziri Sanae Takaiçinin spirtli içkinin təsiri altında olduğu üçün G7 sammitinə qatılmadığı iddia edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Shukan Gendai” jurnalı hakim Liberal Demokrat Partiyasının nümayəndələrinə istinadən məlumat yayıb.
İddiaya görə, Takaiçi oktyabrın 2-də keçirilən onlayn sammitdən əvvəl spirtli içkilərin təqdim olunduğu toplantıda iştirak edib. Daha sonra sammitə qatılmaqdan imtina edərək öz yerinə Xarici İşlər Nazirliyinin nümayəndəsini göndərib.
Hakim partiyanın adı açıqlanmayan deputatlarından biri Baş nazirin texniki avadanlıqların vaxtında hazır olmamasını bəhanə gətirərək yalan danışdığını iddia edib.
Bildirilib ki, Yaponiyanın sammitdə yüksək səviyyədə təmsil olunmaması ölkənin avtomobil sənayesi üçün də mənfi nəticələrə səbəb olub. Belə ki, Yaponiya istehsalı olan avtomobillərin elektromobil alışını stimullaşdıran güzəştlərdən kənarda saxlanıldığı iddia edilib.
Yapon avtomobil istehsalçılarının bununla bağlı hökumətə etirazlarını çatdırdıqları bildirilir.