Sabah 18 avtobus marşrutunun hərəkəti dəyişəcək
24 noyabr 2026 17:40 (UTC +04:00)

Sabah 18 avtobus marşrutunun hərəkəti dəyişəcək

0

“Sabah” - “Barselona” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

AYNA-dan Lent.az-a bildirilib ki, noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 18 marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 saylı) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar