Türkiyənin Eskişehir vilayətində baş vermiş helikopter qəzası nəticəsində 5 nəfər şəhid olub.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Eskişehirdə təlim uçuşu zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrimizə məxsus helikopterdə xidmət edən 5 qəhrəman silahdaşımız şəhid olub” - məlumatda qeyd olunub.
Məlumata görə, təlim məqsədilə Eskişehirdən havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter qəzaya uğrayıb.