Türkiyədə məşhurlara narkotik əməliyyatı – SAXLANILANLARIN  SON SİYAHISI
25 noyabr 2026 10:02 (UTC +04:00)

Türkiyədə məşhurlara narkotik əməliyyatı – SAXLANILANLARIN SON SİYAHISI

0

Türkiyədə şou-biznes nümayəndələrinə qarşı narkotik vasitələrlə bağlı keçirilən əməliyyatların yeni dalğası başlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Saxlanılanlar arasında məşhur müğənni və aktyor Özcən Dəniz, aktrisalar Burcu Özberk və Dəniz Çakır, “Survivor” yarışmasının aparıcısı Murat Ceylan, rejissor Cem Karcı, aparıcı Murat Başoğlu və model Cansu Taşkın da var.

Prokurorluğun məlumatına görə, əməliyyat şübhəli şəxslərin ifadələri, şahidlərin açıqlamaları, mobil telefonlarda və digər rəqəmsal materiallarda aparılan ekspertizalar, eləcə də gizli şahidlərin ifadələri əsasında həyata keçirilib.

İstintaq ümumilikdə narkotik vasitələrin istifadəsi, saxlanılması, qanunsuz dövriyyəsi və fahişəliyin təşkili ilə bağlı araşdırmaları əhatə edir. Son əməliyyatda isə 35 nəfər narkotik vasitələrdən istifadə və ya onları saxlama şübhəsi ilə axtarılırdı. 

Saxlanılanların sayı 23-ə çatıb

Noyabrın 25-də yayılan son məlumata əsasən, ilkin olaraq 19 nəfərin saxlanıldığı bildirilsə də, sonradan onların sayı 23-ə çatıb.

Özcən Dənizin vəkilləri ilə birlikdə ifadə vermək üçün məhkəmə binasına gəldiyi də bildirilir. Sənətçi ifadəvermə proseduru başa çatdıqdan sonra açıqlama verəcəyini deyib. 

Əməliyyat çərçivəsində saxlanılanların tam siyahısı:

Dəniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Dəniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcən Dəniz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu.

Qeyd edək ki, Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı silsilə əməliyyatlar 2025-ci il oktyabrın 8-dən davam edir.

Saxlanılan şəxslərin təqsiri hələ məhkəmə qaydasında sübuta yetirilməyib. İstintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar