Tərtərdə kişi faciəvi şəkildə ölüb.
Lent.az-ın xəbərinə görə, hadisəİsmayılbəyli kəndində baş verib.
65 yaşlı Məhəmməd Böyükağa oğlu Nağıyev yaşadığı evin həyətindəki su quyusuna düşərək dünyasını dəyişib.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən quyudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Məhəmməd Nağıyev Birinci Qarabağ Müharibəsi qazisidir.
Araşdırma aparılır.