Türkiyədəki gəmi faciəsinə  görə tutulan azərbaycanlılar qəsdən adam öldürməkdə  ittiham olunur
25 noyabr 2026 11:39 (UTC +04:00)

Türkiyədəki gəmi faciəsinə görə tutulan azərbaycanlılar qəsdən adam öldürməkdə ittiham olunur

0

Şimali Kipr Türk Respublikasında avqustun 30-da Girnə sahillərində 28 nəfərin ölümü ilə nəticələnən “Filo Jet” gəmi faciəsi ilə bağlı məhkəmə prosesi davam edir.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 9 nəfər 14-cü dəfə hakim qarşısına çıxarılıb. Onlardan ikisi Azərbaycan vətəndaşıdır.

Polis müfəttişi Mehmet Mannaş istintaqın tamamlandığını və bütün təqsirləndirilən şəxslərin qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunacağını bildirib.

Məhkəməyə faciədən sağ çıxan 6 nəfərin ifadələri, ekspert rəyləri və videogörüntülər daxil olmaqla 27 sübut təqdim edilib.

İstintaq zamanı gəminin səfərlərində fasilə yaranmaması üçün yararsız materiallarla təmir edildiyi müəyyənləşdirilib. Belə ki, təmir zamanı 400 lirəyə alınmış suya davamlı yapışqandan istifadə olunub. Bundan sonra gəmi 79 səfər həyata keçirib.

Azərbaycan vətəndaşı olan iki təqsirləndirilən şəxsin Türkiyə və Şimali Kiprdə gəmidə yaşadığı bildirilib.

Təxminən 9,5 saat davam edən prosesin sonunda məhkəmə 9 nəfərin həbsdə saxlanılması barədə qərar verib. Polisin onların 3 ay müddətinə həbsxanaya göndərilməsi ilə bağlı vəsatəti üzrə qərar isə hələ açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar