Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində sərxoş vəziyyətdə arvadını büstqalterlə boğaraq öldürən 55 yaşlı kişiyə hökm oxunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə kişini Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib və əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib. Kişi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə sentyabr ayında “Veteran” bağçılıq massivində baş verib. Ər-arvad birlikdə spirtli içki qəbul edərkən aralarında mübahisə yaranıb.
Mübahisə zamanı sərxoş kişi həyat yoldaşını divana yıxaraq büstqalterlə boğub. Qadın hadisə yerində ölüb.
Hadisədən sonra şübhəli şəxs saxlanılıb və sentyabrın 15-də məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.