Kəlbəcər:  27 illik həsrətdən 6 illik Zəfərə -VİDEO
25 noyabr 2026 12:45 (UTC +04:00)

Kəlbəcər: 27 illik həsrətdən 6 illik Zəfərə -VİDEO

0

Bu gün Kəlbəcər rayonunun Ermənistan işğalından azad edilməsinin altıncı ildönümüdür.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Azərbaycanın əsrarəngiz təbiəti və zəngin tarixi ilə seçilən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayondan minlərlə sakin doğma yurd-yuvasından didərgin düşüb. 27 ildən artıq davam edən həsrət 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə sona çatıb.

Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yollar, tunellər və yaşayış məntəqələri inşa edilir. Doğma torpaqlarına qayıdan sakinlər yeni həyata başlayırlar.

APA TV-nin hazırladığı süjetdə Kəlbəcərin işğal tarixindən, azad edilməsindən və bu gün həyata keçirilən quruculuq işlərindən bəhs olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar