Sumqayıtda bir neçə gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə noyabrın 18-də Sumqayıt Dənizkənarı Bulvarının ərazisində qeydə alınıb.
Dənizdə batan 20 yaşlı Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.