Sumqayıtda ahıl qadın belə qarət olundu - HADİSƏ ANI
25 noyabr 2026 16:26 (UTC +04:00)

Sumqayıtda ahıl qadın belə qarət olundu - HADİSƏ ANI

0

Sumqayıtda marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib.

Lent.az xəbər verir ki, qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən edilərək saxlanılıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar