Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzu ahıl insanlara qulluq edilməsi ilə bağlıdır.
Ahıl insanlara qulluq etmək sığorta stajına daxil edilir?
Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" qanunun 21-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq müddəti sığorta stajına daxil edilir.