Lamin Yamalın atası Nəsraui oğlu haqqında Fransa mətbuatına açıqlamalar verib.
Lent.az-ın xəbərinə görə, Yamalın şöhrət cazibəsinə uymadığını bildirən Nəsraui deyib: "Bəzi futbolçular peşəkarlaşıb yaxşı pul qazandıqdan sonra adalar alırlar. Bəs oğlumun nə etdiyini bilirsinizmi? Anası, atası və nənəsi üçün evlər alıb. Səninlə fəxr edirəm, oğlum".
"Barselona" və İspaniya milli komandasının gənc superulduzu Lamin Yamalın atası Munir Nəsraui Fransa mətbuatına verdiyi müsahibədə oğlunun xarakteri və ailəsinə olan sədaqəti ilə bağlı maraqlı açıqlamalar verib. Yamalın gənc yaşlarında böyük şöhrət qazanmasına baxmayaraq, hələ də özünəinamlı olduğunu vurğulayan Nəsraui, oğlunun ilk böyük qazancı ilə etdiyi səxavətli bir hərəkəti xatırladıb.
"Şöhrət cazibəsinə təslim olmadı”
Karyerasının əvvəlində olmasına baxmayaraq, dünya futbolunda ən çox danışılan adlardan birinə çevrilən Lamin Yamalın təvazökar şəxsiyyətini qoruyub saxladığını vurğulayan atası Nəsraui deyib: "Bəzi futbolçular peşəkarlaşıb yaxşı pul qazandıqdan sonra özlərinə adalar alırlar. Bəs oğlum nə etdiyini bilirsinizmi? Anası, atası və nənəsi üçün evlər aldı. Səninlə fəxr edirəm, oğlum".
Nəsraui oğluna tam güvəndiyini də əlavə edib: “O, karyerasının sonuna qədər həmişə zirvədə olacaq. O, bunu bütün sevənlərinə göstərir".