“Audi”nin yeni superkarı “Nuvolari”nin qiyməti açıqlandı
16 noyabr 2026 04:51 (UTC +04:00)

“Audi”nin yeni superkarı “Nuvolari”nin qiyməti açıqlandı

0

Almaniyanın “Audi” şirkəti yeni hibrid superkarı “Nuvolari”nin ABŞ bazarında 700 min dollardan satışa çıxarılacağını açıqlayıb.

Lent.az xəbər verir ki, dünyada cəmi 499 ədəd istehsal olunacaq avtomobillərin 182-si ABŞ bazarına ayrılıb.

4 litrlik, iki turbokompressorlu V8 mühərrik və üç elektrik mühərriki ilə təchiz edilən avtomobil ümumilikdə 987 at gücü hasil edir.

“Nuvolari” 0-dan 96 km/saat sürətə 2,5 saniyəyə çatır, maksimal sürəti isə 350 km/saatı ötür.

Avtomobilin ABŞ-da ilk tədarüklərinin 2028-ci ilin ikinci yarısında başlanması planlaşdırılır. Əlavə təchizat və fərdi dizayn seçimləri qiyməti daha da artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar