APA TV-də “Paradoks”:  Niyə özümüzü aldadırıq?
25 noyabr 2026 17:19 (UTC +04:00)

APA TV-də “Paradoks”: Niyə özümüzü aldadırıq?

0

İnsanları həqiqətən tanıyırıq, yoxsa onlar haqqında ilk təəssüratlarımıza inanırıq? Niyə bəzən köməyə ehtiyacı olan şəxsin yanından laqeyd keçirik? İnsan bilmədiyi mövzuda niyə özünə həddindən artıq güvənir?

Lent.az APA TV-yə istinadən xəbər verir ki, tanınmış hüquqşünas Şamil Paşayevin müəllifi olduğu “Paradoks” layihəsinin ikinci buraxılışı insan davranışlarına təsir edən üç maraqlı psixoloji fenomenə həsr olunub.

Verilişdə insanların başqalarından kömək gözləyərək hadisəyə müdaxilə etməməsi (“Bystander effekti”), ilk təəssürat əsasında insan haqqında ümumi fikir formalaşdırması (“Halo effekti”) və bilikləri məhdud olan şəxslərin öz bacarıqlarını olduğundan yüksək qiymətləndirməsi (“Dunning–Kruger effekti”) barədə danışılır.

Layihənin məqsədi gündəlik həyatda çox vaxt fərqinə varmadığımız psixoloji hadisələri izah etmək, insanları düşünməyə və öz davranışlarını sorğulamağa təşviq etməkdir.

“Paradoks”un ikinci buraxılışını təqdim edirik:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar