Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 80 yaşlı Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.