Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
***
14 oktyabr, saat: 17:56
Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır.
Lent.az APA-ya istinadla xəbər verir ki, Zaqatala şəhər sakini 79 yaşlı Xəlil Mustafayev oktyabrın 13-ü günorta saatlarında yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Ailə üzvüləri bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat veriblər.
Hazırda X. Mustafayevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.