Qətl hadisəsi Hacıqabul şəhəri ərazisində fərdi yaşayış evində qeydə alınıb.
Saat 12 radələrində Hacıqabul sakini, 42 yaşlı Asim İmanov qayınatası 62 yaşlı Davud Abbasovu bıçaqlayaraq öldürüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Qayınata kürəkəninin evinə gedərək onunla otaqda mübahisə edib və kürəkənini döyüb.
Bir müddət sonra anası ilə qayınatasının mübahisəsini görən Asim stolun üstündə olan çörək bıçağı ilə qayınatasını ciyər nahiyəsindən bıçaqlayıb.
Qayınata aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.
Ətraflı APA TV-nin videomaterialında: