Tovuzda təqaüdçünün evinə basqın  edib sayğacı qoparan  həbs olundu
26 noyabr 2026 10:43 (UTC +04:00)

Tovuzda təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

0

Tovuzda xuliqanlıq əməli törədən şəxs məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, hadisə Əyyublu kəndində qeydə alınıb.

49 yaşlı Ruslan Kərimov (şərti adla) gecə saatlarında sərxoş halda qonşusunun qapısını döyərək, nalayiq ifadələr işlədib və işıq sayğacını yerindən qoparıb.

Bu əməlinə görə, onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

R. Kərimov ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib. Həmçinin zərərçəkən təqaüdçü qonşu da həmkəndlisini bağışladığını deyib.

Məhkəmənin qərarı ilə R. Kərimov 6 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar