Alimlər nanə yağının arterial qan təzyiqinə mümkün təsirini müəyyən etmək üçün araşdırma aparıblar.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
40 yetkin şəxsin iştirak etdiyi randomizə edilmiş tədqiqat 20 gün davam edib.
Nəticələrə əsasən, nanə yağı qəbul edən iştirakçılarda sistolik qan təzyiqinin orta hesabla 8,5 millimetr civə sütunu azaldığı bildirilib.
Bununla belə, araşdırmanın iştirakçı sayı məhduddur. Nanə yağının yüksək qan təzyiqinin müalicəsində istifadəsi üçün daha geniş klinik tədqiqatlar tələb olunur. Həkim tərəfindən təyin edilən dərmanları nanə yağı ilə əvəz etmək olmaz.