Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə tərkibi təqsirləndirilən Namizəd Səfərovun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Xatırladaq ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.