Aptekdən oğurladıqları kremləri  gözəllik salonuna satdı
26 noyabr 2026 12:16 (UTC +04:00)

Aptekdən oğurladıqları kremləri gözəllik salonuna satdı

0

Bakının Nərimanov rayonu ərazisində yerləşən apteklərdən birində oğurluq hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, aptekə müştəri qismində daxil olan şəxs satıcının diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 500 manata yaxın olan üz kremlərini oğurlayıb. Hadisə barədə aptek sahibi polisə müraciət edib.

Polisin keçirdiyi tədbirlərlə oğurluq edən O.Hüseynov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs oğurladığı məhsulları daha sonra gözəllik salonlarından birinə satdığını bildirib. 

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar