Narkotikə görə tutuldular, aylıq qazancları oraya çıxdı - Özcan Deniz,  Deniz Çakır...
26 noyabr 2026 15:11 (UTC +04:00)

Narkotikə görə tutuldular, aylıq qazancları oraya çıxdı - Özcan Deniz, Deniz Çakır...

0

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində prokurorluqda ifadə verən sənətçilərin aylıq gəlirləri və mal varlığı barədə məlumatlar üzə çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin ifadələrində açıqladıqları qazanc diqqət çəkib.

Özcan Denizin 8-ə yaxın daşınmaz əmlakı var

Məşhur müğənni və aktyor Özcan Deniz aylıq gəlirinin 500 min Türkiyə lirəsi olduğunu bildirib.

Sənətçi adına 7-8 daşınmaz əmlakın və bir avtomobilin qeydiyyatda olduğunu açıqlayıb. O, birjada və investisiya fondlarında hesabının olmadığını da qeyd edib.

Özcan Deniz narkotik vasitələrdən istifadə etmədiyini bildirərək barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

Deniz Çakır ayda 400 min lirə qazanır

Məşhur aktrisa Deniz Çakır prokurorluqda verdiyi ifadəsində aylıq gəlirinin 400 min Türkiyə lirəsi olduğunu açıqlayıb.

Aktrisa yalnız həkim təyinatı ilə dərman qəbul etdiyini bildirərək irəli sürülən ittihamları rədd edib.

Burcu Özberkin aylıq qazancı 300 min lirədir

Türkiyənin məşhur serial ulduzlarından olan Burcu Özberk isə aylıq gəlirinin 300 min Türkiyə lirəsi olduğunu bildirib.

Aktrisa çəkilişlərin sıxlığı səbəbindən gecələr əyləncə məkanlarına getmədiyini və narkotik vasitələrdən istifadə etmədiyini deyib.

Xatırladaq ki, hər üç sənətçi ölkədən çıxışlarına qadağa qoyulmaqla azadlığa buraxılıb.

İstintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar