Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi – Konsertə belə çıxdı
30 oktyabr 2026 12:09 (UTC +04:00)

Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi – Konsertə belə çıxdı

0

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib.

Sevilən mahnılarını səsləndirən müğənni səhnəyə yeni saç düzümü ilə çıxıb. Saçlarını xeyli qısaldan Sandalın dəyişən görünüşü diqqət çəkib.

Məlumata görə, sənətçi konsertdən əvvəl jurnalistlərin müsahibə istəklərini qəbul etməyib. O, çıxışından sonra isə dinləyicilərinə təşəkkür mesajı ünvanlayıb.

Beləliklə, Mustafa Sandalın Harbiye konserti təkcə musiqi proqramı ilə deyil, müğənninin yeni imici ilə də gündəmə gəlib. 
Ortadoğu Gazetesi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar