Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olundu-YENİLƏNİB
29 oktyabr 2026 23:59 (UTC +04:00)

Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olundu-YENİLƏNİB

0

Bakının Nərimanov rayonunda yük avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən məhdudlaşdırılan hərəkət tam bərpa edilib.



***

Bakının Nərimanov rayonunda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, qəza Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində qeydə alınıb.

Hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda polis əməkdaşları yük avtomobilinin hadisə yerindən kənarlaşdırılması və hərəkətin bərpası istiqamətində zəruri tədbirlər görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar