Tovuzda iki avtomobil toqquşdu, 3 nəfər  xəsarət aldı
30 oktyabr 2026 00:26 (UTC +04:00)

Tovuzda iki avtomobil toqquşdu, 3 nəfər xəsarət aldı

0

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü L.Əhmədova, 1998-ci il təvəllüdlü D.Nəsirov və 1979-cu il təvəllüdlü X.Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya düşən şəxslər yas mərasiminə gedirmişlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar