Sumqayıtda fəaliyyət göstərən “Dünya” məktəbinin şagirdləri APA Media Group-da qonaq olublar.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, oktyabrın 28-də məktəbin 3-cü sinfində təhsil alan 31 şagird televiziya sahəsinin fəaliyyəti ilə yaxından tanış olub.
APA TV-nin efir redaktoru Mehriman Zakirin bələdçiliyi ilə keçirilən ekskursiya zamanı məktəblilərə xəbərlərin hazırlanması, jurnalistlərin işi, efir otağı və televiziya studiyası barədə məlumat verilib.
Şagirdlər kamera qarşısına keçərək özlərini aparıcı kimi sınayıb, çəkiliş və canlı efirin idarə olunması prosesini izləyiblər.
Maraqlı anlarla yadda qalan ekskursiyadan görüntüləri təqdim edirik.