Xaçmazda babasının   pulunu oğurlayan nəvə   TUTULDU
26 noyabr 2026 16:04 (UTC +04:00)

Xaçmazda babasının pulunu oğurlayan nəvə TUTULDU

0

Xaçmazda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Orucov saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda babasına məxsus evdən 1500 manat pul oğurladığı, daha sonra isə rayon ərazisində beş avtomobilin şüşələrini sındıraraq salonlarından maqnitofon və səs gücləndiricilərini taladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Xanım Məmmədova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar