Yer kürəsində zəif maqnit qasırğası qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildirilib.
Məlumata görə, şənbə günü axşam saatlarında başlayan maqnit qasırğasının gücü G1 səviyyəsində qiymətləndirilib.
İnstitutdan qeyd olunub ki, Yer kürəsinin maqnit sahəsindəki pozuntular beşpilləli şkala üzrə ölçülür. Bu şkalada G1 zəif, G5 isə ekstremal güclü maqnit qasırğasını ifadə edir.
Hazırda maqnit sahəsindəki pozuntuların səviyyəsi G1 olaraq qeydə alınıb.