Qonşusunu öldürüb meyitini quyuya atdı – Qazaxdakı dəhşətli cinayətə HÖKM
16 noyabr 2026 11:59 (UTC +04:00)

Qonşusunu öldürüb meyitini quyuya atdı – Qazaxdakı dəhşətli cinayətə HÖKM

0

Qonşusunu odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Xaliq Məmmədrzayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xaliq Məmmədrzayevin cinayəti sübuta yetirilib və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında Qazax rayonunda baş verib. Xaliq Məmmədrzayev şəxsi münasibətlər zəminində qonşusu Tamerlan Sadıqovu odlu silahla qətlə yetirib, daha sonra meyitini quyuya atıb. Tamerlan Sadıqov beş ay itkin düşmüş şəxs kimi axtarışda olub. Avqust ayında onun meyiti tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin məhkəmə istintaqı zamanı əməl 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar