Neftçala rayonunda kanalda meyit tapılıb.
Lent.az xəbər verir ki, noyabrın 14-də Mürsəqulu kənd sakini 57 yaşlı Şahin Kazımovun meyiti Xolqaraqaşlı kəndinin ərazisindən keçən su kanalında tapılıb. Meyit sudan çıxarılıb.
Onun bir gün əvvəl itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Araşdırma aparılır.