Bakıda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Lent.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
İsmayıl Hüseynzadə yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Hüseynzadə Vətən müharibəsi qazisi olub.