İsrailin Baş naziri Benyamin Netanyahunun sosial şəbəkə hesabına qarşı kiberhücumların həyata keçirildiyi bildirilir.
Lent.az xəbər verir ki, bu barədə yayılan məlumatda Baş nazirin sosial şəbəkə hesabının kiberhücumlara məruz qaldığının müşahidə olunduğu qeyd edilib.
Hücumların kimlər tərəfindən həyata keçirildiyi, hansı sosial şəbəkə hesabının hədəf alındığı və mümkün nəticələri barədə hələlik ətraflı məlumat verilməyib.
Hesabın ələ keçirilib-keçirilmədiyi də məlum deyil.
Bununla yanaşı, sosial şəbəkələrdə oxşar kiberhücumların ABŞ Prezidenti Donald Trampın "X" hesabına qarşı da edildiyinə dair görüntülər yayılıb.
