Məhkəmə generalın qızını ev dustaqlığına buraxdı, prokurorluq protest verdi - YENİLƏNİB
16 noyabr 2026 13:20 (UTC +04:00)

Məhkəmə generalın qızını ev dustaqlığına buraxdı, prokurorluq protest verdi - YENİLƏNİB

0

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.

Protest artıq məhkəməyə təqdim edilib.

Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq./qafqazinfo

***

12 noyabr, saat 18:18

Sumqayıt məhkəməsində Türkər Əliyeva barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

***

saat 14:50

Türkər Əliyevanın ittiham olunduğu maddələr məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 32.4-cü (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçilik) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

***

14:35

Sənəd saxtalaşdırmaq ittiham olunun general Natiq Əliyevin qızı Türkər Əliyeva məhkəməyə gətirilib. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, prokurorluq onun barəsində qətimkan tədbirinin seçilməsi üçün təqdimat verib.

Hazırda Türkər Əliyeva Suqmayıt şəhər Məhkəməsinə gətirilib.

Az sonra məhkəmə istintaq orqanı tərəfindən verilən təqdimata baxacaq.

Qeyd edək ki, T. Əliyeva sənəd saxtalaşdırmaqda ittiham olunur. İş üzrə ANAMA sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayətçi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2812

Oxşar yazılar