Tovuzda qətlə yetirilən gənc qazi imiş - YENİLƏNİB
27 oktyabr 2026 12:28 (UTC +04:00)

Tovuzda qətlə yetirilən gənc qazi imiş - YENİLƏNİB

0

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış.

N.Qurbanov hadisə günü müharibədə şəhid olmuş döyüş yoldaşının anım tədbirində iştirak etmək üçün Tovuza gedib.

Tədbirdən sonra Tovuzun Xəqani küçəsində bir qrup şəxs arasında münaqişə yaranıb. Nəticədə Ü.Abdullayev və Nizami Qurbanov bıçaq xəsarətləri alıb. Nizaminin həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Ağdam sakini Elnur Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Nizami Qurbanovla əvvəldən tanış olmadığı bildirilir.

N.Qurbanov ailənin tək oğul övladı olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(qafqazinfo)

***

25 oktyabr, saat 00:14

Tovuzda bir nəfərin ölümünə, bir nəfərin isə xəsarət almasına səbəb olan şəxs saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

23:23

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər bıçaqlanıb, onlardan biri hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Ona dərhal yardım edilib, vəziyyətinin  ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2028

Oxşar yazılar