Salyanda oğul ailə üzvlərini bıçaqladı: anası öldü
27 oktyabr 2026 14:00 (UTC +04:00)

Salyanda oğul ailə üzvlərini bıçaqladı: anası öldü

0

Salyanda qətl hadisəsi olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sarvan kəndində qeydə alınıb.

Oğul anasını, atasını və həyat yoldaşını bıçaqlayıb. Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 60 yaşlı İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 38 yaşlı İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisəni törədən polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar