10 yaşlı qız şiddətli  qarın ağrısı ilə   xəstəxanaya aparıldı, hamiləymiş -  şok detallar
27 oktyabr 2026 19:33 (UTC +04:00)

10 yaşlı qız şiddətli qarın ağrısı ilə xəstəxanaya aparıldı, hamiləymiş - şok detallar

0

Argentinada 10 yaşlı qız altı aylıq hamilə ikən xəstəxanaya yerləşdirilib. Ögey atası cinsi təcavüzdə ittiham olunub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Argentinada 10 yaşlı qız hamilə qalıb. Əvvəlcə şiddətli qarın ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib, lakin sonradan məlum olub ki, o, cinsi təcavüzün qurbanı olub.

Uşağı xəstəxanaya 25 yaşlı anası gətirib. Həkimlər onu müayinə etdikdən sonra hamilə olduğunu bildiriblər və polisə zəng ediblər. Argentina hüquq-mühafizə orqanlarının əməkdaşları ananın 33 yaşlı partnyorunu həbs ediblər.

Yerli medianın məlumatına görə, qadın kişi ilə “Facebook”da tanış olub. Bir neçə ay sonra cütlük birlikdə yaşamağa başlayıb. Mediada yayılan məlumatlara görə, 33 yaşlı kişi bir neçə ay ərzində partnyorunun qızına qarşı zorakılıq edib.

Məlumata görə, ana uşağında bir problem olduğundan şübhələnməyə başlayıb: "Bir il normal həyat sürdükdən sonra ana qızının qarnında qəribə bir şiş hiss edib. Qızdan bu barədə soruşub və deyib ki, evdə olmadığı müddətdə bir kişi ona nəsə edib".

25 yaşlı qadın da hamilədir və uşağın atasının 33 yaşlı kişi olduğu güman edilir.
Kişi qəddar cinsi təcavüzdə ittiham olunub.

Zərərçəkənin nənəsi bildirib ki, kişi qızına və nəvəsinə qarşı aqressiv davranıb. O bildirib ki, əvvəllər qıza dəfələrlə 33 yaşlı kişi ilə tək qalmamaq barədə xəbərdarlıq edib. Qız müstəntiqlərə anasının partnyorunun onu dəfələrlə təhqir və təqib etdiyini təsdiqləyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar