Bu kurort payızın ən məşhur  istirahət məkanına   çevrilib
09 oktyabr 2026 13:29 (UTC +04:00)

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

0

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar.

Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassik istirahətə üstünlük verirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Baltik dənizi əsasən yay tətili ilə əlaqələndirilsə də, getdikcə daha çox insan, xüsusilə polyaklar dənizkənarı kurortlara səfərlərini payız aylarına keçirirlər.

Şetsindəki Şimal Ticarət və Sənaye Palatasının prezidenti Hanna Moysyuk bildirib ki, bir çox otel, qonaq evi və ictimai iaşə müəssisəsi son on ilin ən uğurlu payız mövsümünü yaşayır.

“Bir çox otel, qonaq evi və restoran son on ilin ən yaxşı payız mövsümünü keçirdiyini bildirir. Bunun əsas səbəbi Baltik dənizi sahillərində əlverişli hava şəraiti və turistlərə təqdim olunan xüsusi endirimlərdir”, – o qeyd edib.

Onun sözlərinə görə, cümə, şənbə və bazar günləri Baltik sahillərində turist sıxlığı xüsusilə yüksək olur. Lakin burada əsas müəyyənedici amil hava şəraitidir. Günəşli və mülayim payız günlərində çimərliklər və sahilboyu gəzinti yolları insanlarla dolur. Yağışlı və küləkli havalarda isə bu ərazilər demək olar ki, boş qalır.

Payız aylarında turistlər Baltik dənizində çimməkdən daha çox sahildə gəzməyə, dincəlməyə və restoranlarda ləzzətli yeməklərdən dadmağa üstünlük verirlər.

Bu isə göstərir ki, artıq insanları dənizkənarı kurortlara cəlb edən yeganə amil dənizdə çimmək deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar